26 мар. 2012 г.

"ANALOQU OLMAYAN" təhsil sistemi


Təhsilimiz bərbad gündə olduğunu yəqin bilirsiniz.Bu yazımda "ANALOQU OLMAYAN TEHSİL" haqqında danışacam.Təhsilimiz heqiqetende "ANALOQU YOXDU" bəlkədə heç "ATALOQU"da.Hal-hazırda 11-ci sinifdə oxuduğuma görə bu sistem haqqında ətraflı melumatım var...




11-ci sinifdə oxuyan gənclerin hamısı çabalayır ki,hansısa bir instituta daxil olsunlar.Fərqi yoxdur hansı olur olsun.Tə ki bir yerə daxil olsunlar.Xüsusilə oğlanlar çalışırlar ki,hansısa instituta girsinlər.Çünki girə bilməsələr onları ESGERLİK gözləyir...
  
Belə olan təqdirdə hamı repetitorlarin yanına gedər,onların keçdiklərini öyrənərlər.İmkanı olanlar 5 repetitor,imkanı olmayan ya 2 ya da 3 repetitor tutar.(Repetitorun ne olduğunu bilməyənlərin nəzərinə!!!Repetitor öz evində oturub uşaqlara kurs keçən müəllim deməkdir).Hər uşaqdan Repetitor ən azı 50 manat alar.Bu hələ ən aşağısıdı.Var elə Repetitorlər 100-150 manata hazırlıq keçir.Repetitorun qiyməti onun keçdiyi dərsin saatı və keyfiyyətindən asılıdır.Orta təbəqə 50 Manatlıq müəllimin yanına gedər, yuxarı təbəqə isə 100-150 manatlıq...Mənim anlamadığım bir şey var.Azərbaycan əhalisinin orta aylıq gəliri 300 manatdır.Bu uşaq bir müəllimə 50 manat verirsə,5 müəllimə 250 manat verəcək.Bəs, qalan 50 manata nə etmək olar?Bu dövrdə 50 manat bir ailəni saxlamaq üçün kifayetdir?Elbette yox.O ancaq 50 manata işıq pulunu verə bilər...

 
Bu minvalla hamı dərslərini həvəslə oxuyar, testlərini edər.Elə bil testlər bizim taleyimizi həll edəcək.Eslinde hələ-beledir, testler bizim taleyimizdir.Egər sən imtahanlarda testləri düzgün yerine yetirə bilməsən,sən heç bir texnikuma, instituta girə bilməzsən.Gülməlidir ki,sənin taleyin bu lənətə gelmiş testlərdən ibaretdir.Mehz buna görə uşaqlar səhər-axşam test edər,testlə durar testlə yatarlar.Çünki bu sistem bunu tələb edir.Məleyke Abbaszadə (Tələbə Qəbulu Dövlət Kamissiayasının sədri) deyir ki,əgər istituta girmək isəyirsənsə,"İT" kimi bütün günü test eləməlisən.Ay Məleykə bes biz geclimizi nə vaxt yaşayacağıq?Senin bu lənətə gelmiş testlərive görə mən niye öz gəcliyimi itirməliyəm?Yazmıram testleri!!!Sözün var?Bu xaraba ölkede yaşamaq üçün gerek men bütün günü
 test edim?


 
(P.S) Bütün gənclərə məsləhətim budur ki, TEOFLD ya da IELTS imtahanına hazırlaşın.TQDK-nın imtahanından qat-qat asandır.Özünüze ve gəncliyinizə yazığınız gəlsin.

Комментариев нет:

Отправить комментарий

Fikirlərinizi bildirməkdən çəkinməyin