1 мар. 2012 г.

Qeyri-adi gün


Adətən saat 7-də yuxudan oyanıram.Yuxudan oyanandan sonra elə bilirdim ki, hemişeki kimi adi günlerden biri olacaq.Amma elə olmadı...Yatağımdan durub komputerimin qabağında oturdum.Hemişe internetə girəndə 1-ci Facebooka daha sonra Azadliq radiosunun saytlarına girirəm.Saytlara daxil olub,gördüm ki,yuxuda olduğum zaman Azərbaycanda heç bir qeyri-adi bir şey baş verməyib.Hər şey normaldı.Daha sonra el-üzümü yuyub,yeməyimi yeyib yollandım məktəbə.Məktəbə gedib,sinifə girdim.Sinif yoldaşlarımla salamlaşıb,həmişə oturduğum partada oturdum.Sinifdə heç bir müəllim yox idi.Adətən 1-ci dərs zamanı müəllim zad olmur.Bəlkə də,1-ci dərsə girməyi ərinirlər.Bu da bizim "ANALOQU OLMAYAN TƏHSİLİMİZ".Məktəbdə həmişəki kimi hər şey adi idi.Zamanımızı test eləməklə keçirdirdik...Hər nəisə


 
Mektebdən saat 1-də çıxıb,yollandım evə.Saat 2-nin yarısında Coğrafiya hazırlığım var idi.Tez özümü evə çatdırıb yeməyimi yeyib,yollandım Coğrafiya hazırlığına.Coğrafiya hazırlığında testləri yoxlatdırıb,dərsi danışdım.Daha sonra müəllim yeni dərsi başa saldı.Hazırlıqdan çıxıb,evə getdim.Evə gedib paltarlarımı dəyişib,oturdum komputerimin qabağına.Komputerimi yandırdım.Ürəyimdə çox qəribə bir hiss var idi.Sanki,ölkədə nəsə baş verib və mənim bundan  xəbərim yoxdur.Bu hiss məni yavaş-yavaş sıxmağa başlayırdı.İnternete girdim.Hemişeki kimi 1-ci Facebooka girdim.Facebookda Qubada baş verənlər haqqında paylaşımlar gördüm.Bilmirdim Qubada ne baş verib?Paylaşımlara girib baxanda dəhşətə gəldim.Qubada kiçik bir inqilab olub.Bütün Quba ehalisi ayağa qalxıb.İcra başçısı Rauf Həbibovun evini yandırıblar. Qubalıların nə səbəbə qalxdığını araşdırmağa başladım.Qubalıların dərdi nədir?Axı nəyə görə belə qəzəbləniblər?Mənə  bu sualların cavabları çox maraqlı idi.Daha sonra youtube-da belə bir video tapdım. 
 Və hər şey mənə  aydın oldu.Rauf Həbibov,Quba əhalisini təhqir elədiyinə görə Quba əhalisi üsyan eləmişdi.Eşq olsun Quba əhalisinə!!!Hiss edirdim ki,bu gün qeyri-adi bir gün olacaq.Bu gün Tarixə düşəcək.Bu günü hamı xatırlayacaq.Və çevriliş bu gündən başlayacaq…

                       
  Deməli,mən məktəbdə olanda,dostlarımla söhbət edən zaman Azərbaycanda kiçik bir qığılcım baş verib.Kaş bu qığılcım bütün Azərbaycana yayılardı.Azərbaycan bu qığılcamdan alışəb od tutub yanardı.Çox istərdim ki, bu üsyanlar davam  etsin.Xalq ayağa qalxsın.Xatırladım ki,1837-ci ildə də Quba üsyanı baş vermişdir.Nəticədə,üsyan digər əyalətlərə yayılmışdır.Ümid edirəm ki,bu üsyanlar digər kəndlərə də yayılar.Xalqın gözü açılar…

1 комментарий:

  1. Bu usyanla birlikde Sheki, CarBalaken, Taliw usyanlarida baw vermiwdi ve Rus diktaturasi terefinden yeni 1ci Nikolay terefinden yatirilmiwdi((

    ОтветитьУдалить

Fikirlərinizi bildirməkdən çəkinməyin