15 мая 2012 г.

15 yaşlı etirazçı

14 may saat 13:00-da İctimai Palatanın (İP) təşkilatçılığı ilə Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında piket keçirib.  Piketdə “Vicdan məhbusları azadlığa buraxılsın!”, “Azad seçki!”, “Sərbəst toplaşmaq azadlığı təmin olunsun!” və bu kimi şüarlar səsləndirilib.
Aksiya iştirakçılar həmişəki kimi döyülüb, söyülüblər bunlar öz yerində belə həmişə olur. 18 nəfər həbs olunub. Sonra onların hamısı azad olunub. Azərbaycan kimi diktatura ölkəsində bu normaldır.
Hər aksiya da döyülən, söyülən ,tutulan olur. Əz azından aksiyaya gələnlər bunu nəzərə alıb gəlirlər. Sözümün canı bunda deyil! Videoya baxın. Sonra hər şeyi özünüz başa düşəcəksiz.




Yəqin ki, videoya baxdız və şok vəziyyətə qaldız. 15 yaşlı  gənc öz etirazını edib. Lap əccəb edib. Bu onun haqqıdır. Amma "ŞƏRƏF"siz polisim onu 1 küncə  sıxaraq , onu vəhşicəsinə döyüb. Vəziyyət çox acınacaqlıdır...
Mənim "ŞƏRƏF"siz polisim uşağı döyməklə əlinə nə keçəcək?  Ay "ŞƏRƏF"siz polisim uşağın nə günahı var? Sənin heç uşağın yoxdur? Siz hələ camaatı döyməklə məşğulsuz. Birdə qarın buraxmağınız var. Başqa heç nəyiniz bacarmırsız. Vaxt gələcək bu gənc sizin dubinkanızı 1 yerinizə soxacaq. Onda ulaya-ulaya qalcaqsız. Vaxt gələcək xalq qalxacaq. Onda nə edəcəksiz? Bax mən deyim. Girməyə deşik axtaracaqsız. Siçan kimi...

Bunu da qeyd edim ki, bu gənclə heç bir tanışlığım yoxdur. Sadəcə gəncə halal olsun!!! 15 yaşında öz etirazını edir. Necə deyərlər eşq olsun! Bəzi insanlar kimi 30-40 yaşına çatıb girənlik, sabunluq eləmir. Öz gənc yaşında həyatını təhlükəyə atıb etiraz edir. Belə gənclər çoxalsa bizdə hər şey alınar. Demokratiya bərqərar olar.

Gənci görən kimi ilk aksiyam yadıma düşdü.2 Aprel aksiyası. Bundan daha gözəl alınmışdı.

Bu aksiya ilə bağlı videolara aşağıda baxa bilərsiz.











1 комментарий:

  1. Анонимный15 мая 2012 г., 8:43

    Hec gor ANS ve ya Xezer Gosterib YOX!!!!
    ATV ise bashi Toy Olsuna garisib!

    ОтветитьУдалить

Fikirlərinizi bildirməkdən çəkinməyin