21 июн. 2012 г.

Qubaya səyahət...


Çoxdandır 2-3 günlük dincəlmək istəyirdim. Artıq bezmişdim Bakıdan onun çirkli havasından , yodlu suyundan.  2 ildir dayanmadan dəlicəsinə test eləyirəm. İmtahanlara hazırlaşıram. Yəqin ki, dincelmək mənim də haqqımdır. 

Evdən çıxanda  rukzak sumkamı, fotoaparatımı , mp3 playerimi götürüb yollandım Bakı avtovağzalına. Ordan da 1 tanışımla görüşüb Qubaya getməyə qərara aldıq.

Qubaya çoxdan getmək istəyirdim. Təmiz havasını , gülərüz insanlarını görmək istəyirdim. Qubaya getməyimin başqa səbəbi də var idi. Qubada baş vermiş hadisəni (İcra başçısın evinin yandırılması) yerli əhalidən daha dəqiq öyrənmək istəyirdim. Düzdür Quba hadisəsindən 3 ay keçib. Amma bu hadisə haqqında heç bir KİV-də dəqiq məlumat yox idi. Ona görə məlumatları özüm yerli əhalidən almaq istədim.
Qubaya ilk dəfə gedirdim. Qubaya çatan kimi hər yerdə Heydər Əliyevin şəkillərini görməyə başladım. Burdan anladım ki, artıq Qubaya çatmışam.


Mən Qubaya çatanda gecə saat bir idi. Qubada Nazlı bulaq deyilən istirahət mərkəzində 1 gün qaldım.  Daha doğrusu  1 gecə...

İstirahət mərkəzi  4 dağın arasında idi. Çox gözəl mənzərəsi  var idi. Adamı valeh edirdi....













Səhərisi gün 10-11 radələrindən Nazlı bulaqdan çıxıb Qubanın digər yerlərini görməyə yollandım...




Bu  yazını Quba-Xınalıq yolunda gördüm. Güya Zatı-ailələri sərəncamı ilə yol çəkilib. Amma nədənsə mən o yolu görmədim. Yəqin mənim gözlərimdə problem var... Hamısı dərs oxumaqdandır :D

Yolla gedirdim ki, gözümə bu 2 ev sataşdı. Evlər yanbayan idi. Arasında 50-60 metr məsafə olardı. Evlərdən 1-i İlham Əliyevə digəri isə hansısa Hacıya aiddir. Bu evlərə getmək üçün xüsusi asfalt yollar çəkilib və bu yoldan adi xalq istifadə edə bilməz. Hətta bəzən bu evlərin sahibləri vertolyotla gəlir. Heç asfaltlı yoldan istifadə etmirlər. Bunu yerli sakinlər yəni Qubalılar mənə dedi...


Deməli bu şəkildə olan ev İlham Əliyevindir. Düzdür şəkildən aydın görsənmir , amma evin başqa görünüşü yox idi. Optimal variant bu idi :D






Bu ev isə Hacı adında 1 nəfərindir. Bu insan haqqında Quba sakinləri heç bir şey demədi. Bəlkə də deməyə qorxdular...


Quba sakinləri ilə Qubada baş vermiş hadisələr haqqında məlumat  aldım. O məlumatları digər yazılarıma saxlayıram. Sadəcə onu deyə bilərəm ki, o hadisələrdən sonra 1 nəfər həbsdədir. O da həmin hadisənin videolarını youtube-də yayan şəxsdir. Deyilənə görə həmin şəxsi məhkəməsiz zadsız həbs ediblər. Hal-hazırda onu Polis idarəsində saxlayırlar.

Ümumiyyətlə səyahətim əla keçdi. Yeni insanlarla tanış oldum. Beynim sakitləşdi. Bəlkə də ömrümdə 1-ci dəfə təmiz hava aldım.

2 комментария:

  1. Sabah rayona gedirəm mp3 playeri verərsən mənə Ömər

    ОтветитьУдалить
  2. Yeni informasiya, sadəcə, beşinci foto oldu. Sonuncu fotodakıları canlı görmüşəm. Daha çox informasiya. Beynini maksimum işə sal.
    Davamını gözləyirəm.

    ОтветитьУдалить

Fikirlərinizi bildirməkdən çəkinməyin