9 авг. 2012 г.

Üç "üsyan qardaşı"



Bu şəkili uşaqlıq dövrümdən otağımda poster olaraq asmışam. Hələ indi də otağımın divarındadır. 10 yaşım olanda atam bu şəkil haqqında danışmışdı. Məndə istədim blogumda bu hekayəni qeyd edim...

1968-ci ildə Olimpiadası. Mexico Citydə  200 metr qaçış finalından sonra amerikalı (qaradərili) atletlər Tommie Smith və John Carlos birincilik və üçüncü olurlar, avstraliyalı (ağdərili) Peter Norman ikinciliyi bayram edir.



Medal təqdimetmə tədbirindən əvvəl, Carlos, Peter Normanın yanına gəlir və soruşur:
- İnsan haqlarına inanırsan?
- Bəli, inanıram.
- Bəs Allaha?
- Bütün ruhumla...



Bundan sonra, iki qaradərili atlet həyata keçirmək istədikləri planı dilə gətirirlər, Norman tərəddüdsüz onlara qoşulur:

- Mən də sizinləyəm, sadəcə nə etməli olduğumu deyin!

İlk dəfə, o vaxt üçün mükəmməl bir provokasiyanı, hətta inqilabi olaraq qiymətləndirilə biləcək bir planı həyata keçirmək ərəfəsindədir iki gənc: Amerikadakı irqçiliyi vəqaradərililərə rəva görülən kasıblığı və ikinci sinif vətəndaşlığı protest edəcəklər... Amma necə?

 Fikri Norman ortaya qoyur: bir cüt qara dəri əlcək; sağ tayını Tommie, solu John əlinə geyir; kasıblığı simvolizə etmək üçün ayaqyalın kürsüyə çıxırlar, başıaşağı kədərlə, sıxılmış yumruqlarını yuxarı qaldırırlar. Qarşılarında ağdərili atlet Peter Norman da,mübarizəsini göstərmək üçün ürəyinin üstünə "İnsan Haqları Üçün Olimpiada Projekti Hərəkatı"ın nişanını köynəyinə yapışdırır.

Amerika dövlət himni səslənərkən plan icra edilir. Və çox keçməmiş təbii dünya bir-birinə girir. Amerika ayağa qalxır. Olimpiadalar belə kölgədə qalır, dünya qəzetləri yumruqları qaldıran atletlərin şəkillərini birinci səhifələrində göstərirlər...

Amerika Olimpiada Komitəsi iki qaradərilinin idman kariyerasını o saniyə dayandırır. İstənilənlər reallığa çevrilib, Amerikadakı zənci azlığın vəziyyəti dünya gündəminə girmişdir. Smith və Carlos idman həyatlarını (və həmçinin gələcəklərini) fəda etmişlər, amma dünya tarixinə adlarını yazdılar. Dünyadakı yüz milyonlarla əzilmiş qaradərilinin simvolu oldular.



Bəs avstraliyalı ağdərili Peter Norman? Deyilənə görə, Normanın da həyatı bu hadisədən sonra heç yolunda getməyib. Tommie Smith deyir ki: "Peter, bir ağdərilidi. O günlərdə qaradərililərin haqlarını müdafiə etmək cəsarəti göstərən, qürurlu və sözünə sahib çıxan ağdərili çox az idi. Peter, Avstraliyaya qayıdanda heç kəs üzünə baxmadı, hər kəs tərəfindən müqəssir bilindi. Onun da atletizm karyerası sona çatdı, idman çevrələrindən uzaqlaşdırıldı. Təhdidlər, işsizlik və təcrid səbəbi ilə problemli günlər başladı, nəticədə üçümüzün də ilk evliliyi vaxtından əvvəl bitdi."


Avstraliya Dövləti Normanı ölənə qədər bağışlamadı... Norman intiqamını məzara daşıdı: 1968-ci il Olimpiadaları finalında ikinci olanda qırdığı 200 metr Avstraliya rekordu 38 ildir dəyişilməyib.
Ölənə qədər davam edən 'üsyan qardaşlığı'...


İki amerikalı və bir avstraliyalı 'lənətlənmiş' atletin o gün başlayan 'üsyan qardaşlığı' və dostluğu ömür boyu davam etdi. Gəlmiş-keçmiş 39 il ərzində yazışdılar, görüşdülər.

Peter Norman evinin baxçasında ürək çatışmazlığından 64 yaşında həyata əlvida deyənə qədər.
Və indi, yumruqları havada olan o idmançıların yanındakı fotoya baxın:

Melbourne. 'Qürurlu ağdərili atlet' Peter Normanın tabutu, Tommie Smith (solda) və John Carlosun çiyinlərində! Üç 'üsyan qardaşı' son dəfə çiyin-çiyinə...



8 комментариев:

  1. Yazini goturduyunuz sayti da qeyt etseydiniz yaxsi olardi ...

    http://ultrasmovement.blogspot.com

    ОтветитьУдалить
    Ответы
    1. Yazını heç yerdən götürməmişəm. Heç orda elə yazı yoxdur. İngilis satlarının birindən tərcümə etmişəm. Bu hekayə olimpiada tarixində ən məhşur hekayədir. Ola bilsin başqa bloggerlər də yazsın.

      Удалить
    2. http://ultrasmovement.blogspot.com/2012/08/uc-eylem-kardesi.html

      Yazinin linki.Sozler eyni oldugu ucun deyirem,tercumede sehve yol verilib bezi hisselerde.

      Удалить
    3. Dediyim kimi bu məhşur hekayədir. Ola bilsin başqa bloggerlər bunu yazıb. Mən belə bir hekayənin blogumda olmasını istədim. Əgər bu haqda məlumatı olmayanlar oxusunlar, məlumatı olsun. Heç kimin şəxsi mülkünü oğurlamamışam ki, ingilas saytların birindən bunu tərcümə etmişəm. Bilsəydim türk dilində var heç əziyyət çəkməzdim

      Удалить
  2. tuklerim biz biz oldu.. :(( insanliq..lutfen olme!!!

    ОтветитьУдалить

Fikirlərinizi bildirməkdən çəkinməyin